Zaxarova: Demokratiya adı altında senzura tətbiq olunur
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Politico" nəşrinin xarici işlər naziri Sergey Lavrovun Ukrayna böhranının mənşəyi və Avropanın təhlükəsizlik məsələlərinə həsr olunmuş məqaləsini dərc etməkdən imtina etməsini sərt tənqid edib.
Crossmedia.az-ın məlumatına görə, Zaxarova bildirib ki, bu qərar açıq senzura nümunəsidir. Onun sözlərinə görə, Avropa İttifaqının mərkəzində demokratiya, azadlıq və rifah kimi dəyərlərin müdafiəçisi kimi təqdim olunan informasiya məkanı əslində senzura və avtoritar idarəetmə üsullarının bariz nümunəsinə çevrilib.
Rusiya rəsmisi qeyd edib ki, fərqli fikirlərin yayılmasına mane olunması Avropada söz və ifadə azadlığı ilə bağlı ciddi suallar yaradır.
13:10 23.06.2026
Oxunuş sayı: 49