Tramp: İranın azad edilən aktivləri ABŞ məhsullarının alınmasına yönəldiləcək
ABŞ prezidenti Donald Tramp İrana məxsus azad edilən aktivlərin və maliyyə vəsaitlərinin yalnız ABŞ-dən ərzaq və kənd təsərrüfatı məhsullarının alınmasına sərf olunacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Tramp jurnalistlərə açıqlamasında qeyd edib ki, bu mexanizm vasitəsilə ayrılan vəsaitlər faktiki olaraq Amerika fermerlərinə geri qayıdacaq. O, 91 milyon əhalisi olan İranın ərzaq məhsullarına ciddi ehtiyac duyduğunu da vurğulayıb.
Bununla belə, İran Mərkəzi Bankının rəhbəri Əbdülnasir Hemməti məsələ ilə bağlı fərqli mövqe sərgiləyib. O bildirib ki, Tehran mövcud razılaşmalar çərçivəsində ABŞ-dən kənd təsərrüfatı və ərzaq məhsulları almağa məcbur deyil.
Beləliklə, İranın azad edilən aktivlərinin istifadəsi ilə bağlı Vaşinqton və Tehran arasında yanaşma fərqlərinin olduğu görünür.
11:47 23.06.2026
Oxunuş sayı: 49