İran və Oman strateji su yolunu müzakirə etdi
Oman və İran rəsmiləri arasında keçirilən görüşdə Hörmüz boğazında təhlükəsizlik məsələləri müzakirə olunub.
Crossmedia.az xəbər verir ki, Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran parlamentinin sədri Məhəmmədbağır Qalibafın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı İran-Oman münasibətlərinin inkişaf perspektivləri, regionda baş verən son proseslər və regional sabitlik məsələləri diqqət mərkəzində olub.
Tərəflər Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və beynəlxalq gəmiçiliyin maneəsiz fəaliyyətinin vacibliyini vurğulayıblar. Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçı da iştirak edib.
11:40 23.06.2026
Oxunuş sayı: 55