ABŞ və İran arasında yeni mərhələ: milyardlarla dollar gündəmdə
ABŞ və İran arasında dondurulmuş İran aktivlərinin azad olunması ilə bağlı razılaşmanın icra mərhələsinə keçdiyi açıqlanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, ümumilikdə 12 milyard dollar həcmində vəsait iki mərhələdə – hər biri 6 milyard dollar olmaqla azad ediləcək.
Qəribabadi qeyd edib ki, tərəflər Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin edəcək mexanizmi də təsdiqləyiblər. Bundan əlavə, Pakistan və Qətərin iştirakı ilə Livandakı vəziyyətin izlənilməsi və gərginliyin azaldılması üçün xüsusi qrupun yaradılması barədə razılıq əldə olunub.
Bildirilib ki, danışıqlar çərçivəsində dörd işçi qrupu formalaşdırılıb. Bu qruplar sanksiyaların aradan qaldırılması, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də monitorinq və razılaşmaların icrası istiqamətlərində fəaliyyət göstərəcək.
11:50 23.06.2026
Oxunuş sayı: 48