Kim Çen In Şimali Koreyanın nüvə planlarını açıqlayıb
Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanı Koreya yarımadasında gərginliyi pik həddə çatdırmaqda ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Onun sözlərinə görə, buna səbəb qarşı tərəfin keçirdiyi hərbi təlimlər, kəşfiyyat fəaliyyətləri və "Nüvə Məsləhətləşmə Qrupu"nun iclası çərçivəsində Şimali Koreyaya qarşı genişmiqyaslı nüvə müharibəsi planının hazırlanmasıdır.
Bu təhdidlərə cavab olaraq Kim Çen In ölkəsinin nüvə potensialını sürətləndirilmiş templərlə artırmaq niyyətində olduğunu bəyan edib.
11:00 23.06.2026
Oxunuş sayı: 65