Fransada Musiqi Festivalı iğtişaşlara çevrildi: 243 saxlanılan var
Fransada hər il keçirilən Musiqi Festivalıbu il ciddi iğtişaşlar və təhlükəsizlik hadisələri ilə yadda qalıb.
Crossmedia.az xarici mediaya istinadən bildirir ki, ölkə üzrə gecə ərzində baş verən hadisələrdən sonra polis ümumilikdə 243 nəfəri saxlayıb. Festival zamanı iki bıçaqlı hücum, iki zorlamaya cəhd, bir neçə cinsi xarakterli hücum və 10-dan çox qadına iynə ilə hücum faktı qeydə alınıb.
Qeyd edək ki, Paris şəhərində vəziyyət daha gərgin olub və burada 148 nəfər polis tərəfindən saxlanılıb.
09:43 23.06.2026
Oxunuş sayı: 66