Vensdən sərt mesaj: sosial şəbəkələrə inanmayın
ABŞ-nin vitse-prezidenti Cey Di Vens mediaya İrana məxsus sosial şəbəkə məlumatlarına ehtiyatla yanaşmağı tövsiyə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
O bildirib ki, ilk görüşdən sonra sosial şəbəkələrdə İran nümayəndələrinin danışıqlardan çəkildiyi barədə iddialar yayılsa da, tərəflər sonrakı 9 saat ərzində də müzakirələri davam etdiriblər.
Vens jurnalistlərə İrana aid sosial şəbəkələrdə gördükləri məlumatlara tam etibar etməməyi məsləhət görərək, onların bəzən danışıqlar prosesini çaşdıra biləcəyini deyib. Bununla belə, o, danışıqlarda irəliləyiş əldə olunduğunu qeyd edib.
09:30 23.06.2026
Oxunuş sayı: 56