Türkiyə XİN vurulan gəmi ilə bağlı açıqlama yaydı
Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Çornomorsk limanı yaxınlığında Türkiyə bayrağı altında üzən gəmiyə dron hücumu ilə bağlı açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində iki Türkiyə vətəndaşı yaralanıb. Yaralıların vəziyyəti Kiyevdəki səfirlik və Odessadakı baş konsulluq tərəfindən yaxından izlənilir.
Nazirlik hadisənin Qara dənizdə Türkiyənin maraqlarını və regional təhlükəsizliyi təhdid etdiyini qeyd edib və Rusiya–Ukrayna müharibəsinin gərginliyi fonunda baş verən bu kimi hücumlardan narahatlıq ifadə edib.
Açıqlamada Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin prioritet olduğu vurğulanıb və bütün tərəflərə gərginliyin azaldılması üçün addımlar atmaq çağırışı edilib.
08:50 23.06.2026
Oxunuş sayı: 83