Tramp xəbərdarlıq etdi: Əgər bunu etsəniz...
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı vəziyyətin müsbət istiqamətdə inkişaf etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, hazırda boğazdan əvvəlkindən daha çox neft daşınır və bu, regionda ticarət axınının davam etdiyini göstərir. Tramp həmçinin iki əsas məqamı vurğulayıb: boğazın açıq qalması və İranın nüvə silahına sahib olmaması.
O, İranın öhdəliklərinə əməl etməyəcəyi və ya qeyri-adekvat davranacağı halda ABŞ-nin lazımi addımları atacağını qeyd edib.
Tramp əlavə edib ki, İrana qarşı sərt mövqe saxlanılır və “İran prezidenti olmaq heç kim üçün arzuolunan vəzifə deyil” ifadəsini işlədib.
08:40 23.06.2026
Oxunuş sayı: 77