Ərdoğan İran–ABŞ razılaşmasını alqışladı: Ankara sülh prosesinə dəstəyə hazırdır
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı zamanı ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər söhbət zamanı ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə ediblər. Ərdoğan əldə olunan razılaşmanı müsbət qiymətləndirərək Türkiyənin onun sülh şəraitində icrasına dəstək verməyə hazır olduğunu bildirib. O, həmçinin danışıqlar prosesinin pozulmasına yönəlmiş mümkün cəhdlərə qarşı ehtiyatlı olmağın vacibliyini vurğulayıb.
Telefon danışığında Türkiyə lideri regionda sülhün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib və Ankara–Tehran əməkdaşlığının ticarət, maliyyə və enerji sahələrində inkişaf etdirilməsinin davam etdiriləcəyini təsdiqləyib.
08:30 23.06.2026
Oxunuş sayı: 59