Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
İran parlamentinin sədri Məhammad Bagir Qalibaf Hörmüz boğazının İranın yurisdiksiyasında olduğunu təsdiqləyib və bütün nəzarət tədbirlərinin milli hüquqi normalar çərçivəsində həyata keçiriləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, mümkün gəmiçilik riskləri nəzərə alınaraq operativ mərkəzin yaradılması və 24 saat fəaliyyət göstərəcək əlaqə xəttinin qurulması barədə razılıq əldə olunub. Bu mexanizm çərçivəsində yaranan mübahisələrin bir ay ərzində operativ şəkildə həll edilməsi nəzərdə tutulur.
Qalibaf qeyd edib ki, bu addımlar Fars körfəzi ölkələrinin iqtisadi inkişafına və rifahına müsbət təsir göstərə bilər.
07:52 23.06.2026
Oxunuş sayı: 49