Koşta: Biz vasitəçi olmaq istəmirik, Ukraynanın yanındayıq
Avropa İttifaqı Rusiya ilə Ukrayna arasında danışıqlarda vasitəçi rolunu üzərinə götürməyi planlaşdırmır. Birlik əsas diqqəti Moskvaya qarşı iqtisadi təzyiqlərin artırılmasına və Kiyevə dəstəyin davam etdirilməsinə yönəldib.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta açıqlama verib.
O bildirib ki, Avropa İttifaqı neytral vasitəçi mövqeyində deyil:
“Biz vasitəçi olmaq istəmirik. Biz Ukraynanın tərəfindəyik və onu dəstəkləyirik”.
Koşta vurğulayıb ki, Aİ bundan sonra da Rusiyaya qarşı iqtisadi təzyiqləri gücləndirmək və Ukraynaya siyasi, iqtisadi, eləcə də hərbi dəstək göstərmək siyasətini davam etdirəcək.
22:30 22.06.2026
Oxunuş sayı: 44