Bir avtomobilə cəmi 30 litr: Saratovda yeni qayda
Rusiyanın Saratov vilayətində yanacaqdoldurma məntəqələrində benzin satışına müvəqqəti limit qoyulub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, vilayət qubernatoru Roman Busarginin sözlərinə görə, bir avtomobilə maksimum 30 litr benzin satılacaq. Məhdudiyyətlər iyunun 23-dən 30-dək qüvvədə olacaq.
Qubernator bildirib ki, qərar bölgədə yaranmış vəziyyətin sabitləşdirilməsi məqsədilə qəbul edilib.
22:06 22.06.2026
Oxunuş sayı: 50