Vaşinqton İran neftinin satışına müvəqqəti icazə verdi
ABŞ administrasiyası İran neftinin hasilatı və beynəlxalq bazarlarda satışına imkan verən 60 günlük xüsusi lisenziya təqdim edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərarın İranla bağlı iqtisadi və diplomatik proseslər fonunda qəbul edildiyi bildirilir. Lisenziya müddəti ərzində İranın neft sektorunda fəaliyyətlərin və ixrac əməliyyatlarının müəyyən şərtlər daxilində həyata keçirilməsinə icazə veriləcək.
Müşahidəçilər hesab edirlər ki, bu addım enerji bazarlarına və Vaşinqton-Tehran münasibətlərinin gələcək inkişafına təsir göstərə bilər.
22:00 22.06.2026
Oxunuş sayı: 45