Hikmət Hacıyev: Birinci Qarabağ müharibəsindən bu yana 4009 Azərbaycan vətəndaşı itkindir
Birinci Qarabağ müharibəsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, 4 009 Azərbaycan vətəndaşı hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Crossmedia.az xəbər verir ki, bunu bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında yazıb.
Onun sözlərinə görə, itkin düşmüş şəxslər məsələsi Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində ən ağrılı humanitar problemlərdən biri olaraq qalır.
15:40 11.06.2026
Oxunuş sayı: 48