CNN: ABŞ və İran hücumlara baxmayaraq danışıqları davam etdirir
ABŞ və İran arasında gecə baş verən qarşılıqlı hücumlara baxmayaraq, tərəflər münaqişənin diplomatik yolla həlli üçün danışıqları davam etdirir.
Crossmedia.az CNN telekanalına istinadən xəbər verir.
Məlumata görə, artan gərginlik diplomatik səyləri çətinləşdirsə də, ABŞ və İran arasında təmaslar hələlik dayandırılmayıb.
Mənbə bildirib ki, Qətər nümayəndə heyəti İran rəsmiləri ilə görüşlər keçirib və daha sonra səhər saatlarında Tehrandan ayrılıb.
Qeyd olunur ki, regionda vəziyyətin gərginliyi fonunda diplomatik kanalların açıq saxlanılması tərəflər üçün mühüm addım kimi qiymətləndirilir.
16:06 11.06.2026
Oxunuş sayı: 51