İran Dünya Kuboku oyunları ilə bağlı şərt irəli sürüb
İranın idman naziri Əhməd Donyamali ölkə milli komandasının Dünya Kuboku oyunları zamanı yarana biləcək insidentlərlə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, nazir tribunalarda nalayiq şüarların səsləndirilməsi və ya İran hakimiyyətinin tanımadığı bayraq və simvolların nümayiş etdirilməsi halında komanda rəhbərliyinin oyunun dayandırılmasını tələb edə biləcəyini bildirib.
Əhməd Donyamalinin sözlərinə görə, təşkilatçıların və təhlükəsizlik xidmətlərinin əsas vəzifəsi qarşılaşmaların normal şəraitdə keçirilməsini təmin etməkdir. O qeyd edib ki, belə halların baş verməsi vəziyyət aradan qaldırılana qədər oyunun davam etdirilməsinə mane ola bilər.
Nazir əlavə edib ki, təşkilatçılar təhlükəsizlik və təşkilati məsələlərlə bağlı bütün tələblərin yerinə yetiriləcəyinə dair İran tərəfinə təminat veriblər.
15:26 11.06.2026
Oxunuş sayı: 50