Paşinyan Putinin təbrikini gözləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putin tərəfindən hələlik təbrik mesajı almadığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Junalistin bu barədə sualını cavablandıran Paşinyan “Putin hələ təbrik etməyib? Ümid edək ki, təbrik edəcək”, – deyə qeyd edib.
Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ermənistanda keçirilən seçkilərin yekun nəticələri açıqlanana qədər onlara qiymət verməkdən çəkinəcəyini bildirmişdi.
13:45 11.06.2026
Oxunuş sayı: 48