Kiyevdə sovet ulduzu sökülüb
Ukraynada davam edən dekommunizasiya siyasəti çərçivəsində paytaxt Kiyevin girişində yerləşən “Qəhrəman şəhər Kiyev” stelindən sovet dövrünə aid ulduz sökülüb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, demontaj işləri sovet simvollarının ictimai məkanlardan mərhələli şəkildə götürülməsi tədbirləri çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, Ukraynada son illərdə dekommunizasiya siyasəti çərçivəsində sovet dövrünü xatırladan abidə, simvol və toponimlərin dəyişdirilməsi prosesi davam edir.
13:30 11.06.2026
Oxunuş sayı: 57