SEPAH Hörmüz boğazına yaxınlaşan gəmilərə xəbərdarlıq edib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazına yaxınlaşan istənilən gəminin qarşı tərəflə əməkdaşlıq edən vasitə kimi qiymətləndiriləcəyini bəyan edib.
Crossmedia.az xəbər verir ki , SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazın növbəti bildirişədək bağlandığını açıqlayıb. Bildirilib ki, Fars körfəzi və Oman dənizində lövbərdə dayanan gəmilərin ərazilərini tərk etməsinə icazə verilməyəcək.
Tehran bu qərarın ABŞ tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasına cavab olaraq qəbul edildiyini iddia edir.
12:23 11.06.2026
Oxunuş sayı: 47