Qərb ölkələri İrana qarşı birgə bəyanat yayıb
ABŞ, Böyük Britaniya və digər 20 ölkə birgə bəyanat yayaraq, İranın təhlükəsizlik qurumlarının Avropa, Şimali Amerika və Avstraliyadakı şəxslərə qarşı sui-qəsd, adam oğurluğu və təqib planlarına son qoymalı olduğunu vurğulayıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Böyük Britaniya Xarici İşlər Nazirliyi iyunun 10-u bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatı, "Qüds" qüvvələri və İranın Kəşfiyyat Nazirliyi siyasi müxalifləri, jurnalistləri, eləcə də yəhudi və İsrail icmalarını və maraqlarını hədəf alıb.
Bu ölkələr, həmçinin "Hərəkət Əshab əl-Yəmin əl-İslamiyyə" adlı qrupa aid edilən hücumları da pisləyiblər.
Bəyanatda deyilir:"Biz ölkələrimizi və vətəndaşlarımızı bu təhdidlərdən qorumaq əzmimizdə həmrəyik. İran İslam Respublikası bu hərəkətləri dərhal dayandırmalıdır".
Bu bəyanat Albaniya, Avstraliya, Belçika, Bolqarıstan, Kanada, Çexiya, Danimarka, Estoniya, Fransa, Finlandiya, Almaniya, İrlandiya, Latviya, Litva, Niderland, Yeni Zelandiya, Şimali Makedoniya, Norveç, Portuqaliya və İsveç tərəfindən imzalanıb.
23:12 10.06.2026
Oxunuş sayı: 59