Səudiyyə Ərəbistan İranın hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın Bəhreyn, Küveyt və İordaniyaya raket hücumlarını pislədi.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Ər-Riyad bu addımları bu üç qardaş ölkənin suverenliyinin açıq şəkildə pozulması və zalımca təcavüz adlandırıb, həmçinin bunu onların təhlükəsizliyinə, ərazi bütövlüyünə və hava məkanına birbaşa təhdid kimi qiymətləndirib.
Bəyanatda vurğulanıb ki, bu hücumların davam etməsi regional və beynəlxalq təhlükəsizliyi pozur, gərginliyin azaldılması və regionda sabitliyin bərpası üçün göstərilən bütün səyləri heçə endirir.
Səudiyyə Ərəbistanı, eləcə də Bəhreyn Krallığı, Küveyt Dövləti və İordaniya Haşimi Krallığı ilə tam həmrəy olduğunu bəyan edərək, bu ölkələrin öz təhlükəsizliyini, suverenliyini, habelə öz torpaqlarındakı vətəndaşların və sakinlərin təhlükəsizliyini qorumaq üçün həyata keçirdikləri bütün tədbirlərə qətiyyətli dəstəyini ifadə edib.
23:05 10.06.2026
Oxunuş sayı: 48