BMT Baş katibi körfəzdə yeni müharibə riski barədə xəbərdarlıq etdi
Fars körfəzi bölgəsində mövcud atəşkəs rejimi olduqca kövrək olaraq qalır və genişmiqyaslı müharibəyə çevrilə bilər.
Crossmedia.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.
"Fars körfəzində atəşkəs daha çox atəşin intensivliyinin azaldılmasına bənzəyir, bunu biz son 48 saat ərzində hücumların intensivləşməsi və döyüş ritorikası şəklində müşahidə etdik. Biz bu sakitliyin yenidən tammiqyaslı münaqişəyə çevrilə biləcəyi riskini az qiymətləndirməməliyik", — deyə o qeyd edib.
Quterreş həm də vurğulayıb ki, Hörmüz boğazı bölgəsində gəmiçiliyə qoyulan məhdudiyyətlər bütün dünyada qeyri-sabitliyə səbəb olur, enerji daşıyıcılarının qiymətlərinin artmasına təkan verir, tədarük zəncirlərini pozur və inflyasiya təzyiqini gücləndirir.
Baş katib tərəfləri uzunmüddətli razılaşmaya nail olmaq üçün səyləri ikiqat artırmağa çağırıb.
22:44 10.06.2026
Oxunuş sayı: 49