"Patriot"un alternativi tapılıb
Ukrayna və Böyük Britaniya "Patriot"a ucuz alternativ yaradacaqlar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin ABŞ-dən təchizatdan asılılığını azaltmaq üçün Avropa hava hücumundan müdafiə sisteminin birgə inkişaf etdirilməsini təklif edib.
Təşəbbüsə əsasən, Ukrayna tutucu raketlərin istehsalını öz üzərinə götürəcək, Böyük Britaniya isə NATO-nun koordinasiyası altında radar və istiqamətləndirmə sistemlərinin təchizatına kömək edəcək.
Layihənin qarşısındakı əsas maneələr qeyri-müəyyən icra müddəti və tutucu raketlərin istehsalı üçün istehsal gücünün kəskin çatışmazlığıdır.
20:13 10.06.2026
Oxunuş sayı: 55