Rusiya panikada: Paytaxtda avtomobillərə bomba yerləşdirilir
Moskvanın cənub-qərbində avtomobilin altında aşkar edilən şübhəli predmet partlatma yolu ilə zərərsizləşdirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, yoxlama tədbirləri zamanı avtomobilin altında şübhəli cism tapılıb. Xüsusi xidmət orqanları tərəfindən yoxlanıldıqdan sonra bomba nəzarətli partlayışla zərərsizləşdirilib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Fakt üzrə Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən istintaq və prosessual tədbirlər aparılır.
Daha əvvəl məlumat verilmişdi ki, Konkovo rayonunda Zeekr markalı avtomobilin altında partlayış baş verib.
Bu, Moskvada avtomobillə bağlı baş verən ikinci partlayış hadisəsidir. Birinci partlayışda Balaşixada BMW X3 markalı avtomobil partladılıb və sürücü həlak olub. Rəsmi olaraq şəxsiyyəti açıqlanmasa da, bəzi məlumatlara görə onun general rütbəli yüksək vəzifəli hərbçi olduğu ehtimal edilmişdi.
20:04 10.06.2026
Oxunuş sayı: 45