Netanyahu payızda keçirələcək parlament seçkilərində iştirak edəcək
İsrail Baş naziri Benyamin Netanyahu qarşıdan gələn payız parlament seçkilərində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə hazırkı hakim koalisiyaya rəhbərlik edən Likud partiyası X sosial media hesabında bildirib.
Partiyanın açıqlamasında deyilir: "Baş nazir Netanyahu qarşıdan gələn seçkilərdə iştirak edəcək və Allahın köməyi ilə qalib gələcək".
19:24 10.06.2026
Oxunuş sayı: 47