Tramp “Apaçi” helikopteri ilə bağlı: Bu hadisə möcüzədir
ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində qəzaya uğrayan “Apaçi” helikopteri ilə bağlı açıqlama verərək hadisəni möcüzə adlandırıb.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, “Fox News” telekanalının müxbiri Trey Yingest məlumat yayıb.
Onun sözlərinə görə, insident zamanı İran pilotsuz uçuş aparatının helikopterə zərbə endirdiyi və bunun nəticəsində ciddi təhlükə yarandığı bildirilib.
Tramp bildirib ki, pilotlar çətin vəziyyətdə olsalar da, helikopteri idarə etməyə və təhlükəsiz eniş etməyə nail olublar. Daha sonra heyətin xilas edildiyi qeyd olunub.
Bununla yanaşı, Tramp İranla davam edən danışıqlara da toxunaraq, Tehranın prosesi gecikdirdiyini deyib və Vaşinqtonun cavab addımları atmağa yaxın ola biləcəyini bildirib.
Ağ Ev rəhbəri bildirib ki, ABŞ İranın onsuz da uzanan danışıqlarda vaxtı gecikdirməsinə cavab olaraq İran elektrik stansiyalarına və körpülərinə yeni zərbələr endirməyə yaxındır.
19:20 10.06.2026
Oxunuş sayı: 44