Xameneinin qaynanasından diqqətçəkən açıqlama
Bu gün İranda keçmiş ali rəhbər Seyid Əli Xameneinin xatirəsinə həsr olunmuş tədbirdə diqqətçəkən açıqlama verilib.
Müctəba Xameneyinin qayınanası onun ingilis dilinə qarşı olması ilə bağlı yayılan iddiaları təkzib edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
O bildirib ki, kürəkəni evlənməzdən əvvəl TOEFL imtahanından keçib və ingilis dilini yaxşı səviyyədə bilib.
Qaynana əlavə edib ki, Müctəba Xameneyi ailə daxilində də xarici dillərin öyrənilməsinə önəm verib və nəvələrə dil öyrənməyi tövsiyə edirdi.
19:03 10.06.2026
Oxunuş sayı: 51