Türkiyədən Şərqi Aralıq dənizi ilə bağlı xəbərdarlıq
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Aralıq dənizi və Kipr məsələsi ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan sözlərinə görə, regionda “fitnə alovlarının yandırılması” cəhdləri müşahidə olunur və Türkiyə bunu yaxından izləyir.
Onun sözlərinə görə, heç kim bölgədə macəra axtarmamalıdır və Türkiyənin hüquqlarına qarşı addımlar atılmamalıdır.
Prezident vurğulayıb ki, Şərqi Aralıq dənizində Türkiyənin və Kipr türklərinin hüquqları təhdid altına düşərsə, Ankara buna “çox sərt və qəti” cavab verəcək.
18:27 10.06.2026
Oxunuş sayı: 58