Ərdoğan Netanyahunun dövrünü Hitlerlə müqayisə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netanyahunin Qəzzada həyata keçirdiyi əməliyyatlara dair beynəlxalq susqunluğu İkinci Dünya müharibəsi dövrü ilə müqayisə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, 85 il əvvəl Adolf Hitler qarşısında susqunluq və hərəkətsizlik milyonlarla insanın ölümünə səbəb olmuşdu və dünya bunun bədəlini ağır şəkildə ödəmişdi.
Türkiyə Prezidenti qeyd edib ki, bu gün də Qəzzada baş verən hadisələrə qarşı oxşar susqunluq müşahidə olunur və bu vəziyyət keçmişdəki səhvləri təkrarlayır.
Ərdoğan vurğulayıb ki, münaqişə genişləndikcə onun təsiri yalnız başladığı bölgə ilə məhdudlaşmır və bütün dünyaya yayılır. O, həmçinin bildirib ki, İsrailin “qanunsuz hərəkətləri” dayandırılmasa, bunun nəticələrini təkcə region deyil, bütün bəşəriyyət hiss edəcək.
17:43 10.06.2026
Oxunuş sayı: 47