Zelenski: Ukrayna Rusiyadakı hədəflərə 900 km məsafədən zərbə endirib
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın dərinliklərində yerləşən hədəflərə, 900 kilometrdən çox məsafədən zərbələr endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Rusiya ərazisində hərbi obyektlərə və neft sənayesinə qarşı “uzunmüddətli əməliyyatlar”ı davam etdirir.
Onun açıqlamasında qeyd olunub ki, Ukrayna ordusu Çeboksarı şəhərində yerləşən və dronlarla raketlər üçün komponentlər istehsal edən hərbi zavodu hədəf alıb.
Bundan əlavə, Samara vilayətində yerləşən Kuybışev neft emalı zavoduna da zərbə endirildiyi bildirilib. Zelenski bu obyektin cəbhə xəttindən 900 kilometrdən çox uzaqda olduğunu vurğulayıb.
Ukrayna tərəfinin məlumatına görə, həmçinin Vladimir vilayətində yerləşən iki neft infrastruktur obyektinə də zərbələr həyata keçirilib. Hücumların Ukrayna Təhlükəsizlik Xidməti və digər xüsusi bölmələrin əməliyyatları çərçivəsində həyata keçirildiyi qeyd olunub.
17:14 10.06.2026
Oxunuş sayı: 52