Netanyahu qərar verdi: Yenidən seçkilərə qatılır
“The Times of Israel” qəzetinin məlumatına görə, İsrailin hakim Likud partiyası Baş nazir Benjamin Netanyahunun qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, partiyanın yaydığı bəyanatda bildirilib ki, Netanyahu növbəti seçkilərdə Likudun namizədi kimi iştirak edəcək.
Qeyd edək ki, İsraildə növbəti parlament seçkiləri ölkənin siyasi gündəminin əsas mövzularından biri olaraq qalır və hakim partiyanın qərarı siyasi dairələrdə diqqətlə izlənilir.
16:40 10.06.2026
Oxunuş sayı: 57