Ermənistanda səs-küylü həbs: Kremlə yaxınlığı ilə tanınan bloger saxlanıldı
Ermənistanda rusiyapərəst bloger Mika Badalyan barəsində cinayət təqibi başlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rusiyapərəst bloger Mika Badalyan barəsində ictimai cinayət təqibinin başlandığını açıqlayıb.
Qurumun yaydığı məlumata görə, Badalyanın məhkəməyə qədər həbs edilməsi ilə bağlı təqdim olunan vəsatət məhkəmə tərəfindən təmin olunub.
Hazırda ona qarşı irəli sürülən ittihamların detalları açıqlanmayıb. İstintaq tədbirlərinin davam etdiyi bildirilir.
10:30 10.06.2026
Oxunuş sayı: 47