Hizbullah Livanı İranla münasibətləri inkişaf etdirməyə çağırır
İranın İsrailə son raket zərbəsi Tehranın Livana dəstək mövzusunda siyasi, mənəvi və hərbi sadiqliyini sübut edir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Hizbullah" bəyanat yayıb.
Təşkilat qeyd edib ki, bu hücum İsrailin qarşısını almağa yönəlib və ABŞ ilə digər İsrail müttəfiqlərinə birbaşa mesaj xarakteri daşıyıb.
Bəyanatda, həmçinin bildirilir ki, Tehran Livan xalqını və müqavimət qüvvələrini qorumaq naminə şüurlu şəkildə siyasi və maddi itkilərə qatlaşır.
Bundan əlavə, təşkilat Livan hakimiyyətini İslam Respublikası ilə ikitərəfli münasibətləri gücləndirməyə və milli maraqların qorunması üçün İranın köməyindən yararlanmağa çağırıb.
23:22 09.06.2026
Oxunuş sayı: 42