Almaniyanın bu kəndi enerjisini özü istehsal edir
Avropada enerji böhranları və beynəlxalq problemlər səbəbindən enerji qiymətləri artdığı halda, Almaniyanın Feldhaym kəndi bu prosesdən demək olar ki, təsirlənməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, cəmi 130 nəfərin yaşadığı kənd enerji baxımından tam müstəqildir və elektrik enerjisini çox aşağı qiymətlərlə əldə edir. Feldhaym enerji tələbatını yerli külək turbinləri, keçmiş hərbi ərazidə salınmış günəş parkı, ehtiyat ağac yonqarı qazanxanası və yerli təsərrüfatlardan əldə olunan qarğıdalı və peyinlə işləyən bioqaz qurğusu vasitəsilə təmin edir.
Belə ki, bu obyektlər kəndin ehtiyacından daha çox təmiz enerji istehsal etdiyindən artıq elektrik enerjisi ölkənin ümumi şəbəkəsinə satılır. Enerji sisteminin dayanıqlığını təmin etmək üçün kənddə 10 meqavat gücündə böyük batareya saxlama sistemi də fəaliyyət göstərir.
Məlumata görə, iri enerji şirkətləri ilkin mərhələdə layihəyə dəstək verməkdən imtina etdikdən sonra kənd sakinləri öz yerli elektrik şəbəkələrini qurublar
00:43 10.06.2026
Oxunuş sayı: 53