Rusiyalı deputat Putini Ukraynaya nüvə zərbəsi endirməyə çağırdı
Sankt-Peterburq Qanunvericilik Məclisinin üzvü Viktor Petrov həmkarları qarşısında çıxışı zamanı Kremlin başlatdığı müharibənin Rusiya rəhbərliyinin ümid etdiyi kimi davam etmədiyini etiraf edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "NEXTA Live" məlumat verib və siyasətçinin çıxışının videosunu Telegram kanalında yayımlayıb.
Sessiya zamanı rusiyalı deputatlara Ukraynaya qarşı nüvə silahının istifadəsi ilə bağlı Kreml rəhbəri Vladimir Putinə müraciət etmək təklifi ilə müraciət etdi.
Çıxışında o, Rusiya təbliğatının müharibənin başlanması səbəbləri ilə bağlı yaydığı nəzəriyyələri təkrarladı və Ukrayna rəhbərliyini Rusiyaya qarşı iddia edilən düşmənçilik hərəkətlərində ittiham etdi.
19:24 09.06.2026
Oxunuş sayı: 803