İran–ABŞ xəttində sürpriz təklif: razılaşma yaxınlaşır
İran ABŞ-yə yeni təklif təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Sky News Arabia” telekanalının məlumatına görə, İran ABŞ-yə yeni diplomatik təklif layihəsi təqdim edib və Vaşinqtonun bu təşəbbüsə ilkin olaraq müsbət yanaşdığı bildirilir.
Məlumata əsasən, Tehran tərəfindən hazırlanan son təklif ABŞ tərəfinə göndərilib və Amerika rəsmilərinin bu planı məqbul hesab etdiyi iddia olunur.
Xəbər ABŞ Prezidenti Donald Trampın bir neçə saat əvvəl İranla mümkün razılaşmanın iki və ya üç gün ərzində əldə oluna biləcəyi barədə açıqlamasından sonra yayılıb.
Hazırda nə İran, nə də ABŞ rəsmiləri sözügedən təklifin məzmunu və ya yayılan məlumatlarla bağlı rəsmi açıqlama verməyib.
18:52 09.06.2026
Oxunuş sayı: 59