Azərbaycanda enerji məlumatları ilə bağlı yeni sistem təsdiqləndi
Nazirlər Kabineti "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi"ni təsdiq edib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Enerji effektivliyi informasiya sistemində
formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir.
RİNN isə Əsasnamədə qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.
17:46 09.06.2026
Oxunuş sayı: 57