Azərbaycanın Baş naziri Vyetnam nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 8-də Vyetnam Sosialist Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Nguyen Tien ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
İki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Prokurorluq orqanları arasında səmərəli əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev iştirak edib.
18:35 08.06.2026
Oxunuş sayı: 44