Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə qəbul başlayıb
2026-cı il üzrə "Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi"nə layihələrin qəbulu başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, bu sferada fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.
Müraciətlərin qəbulu üçün son tarix 15 iyul 2026-cı ildir.
Reqlamentlə ARKA-nın rəsmi saytında tanış ola bilərsiniz.
17:08 01.06.2026
Oxunuş sayı: 52