Naxçıvanda “Şam işığında retro” adlı gecə
Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycanın ilk orijinal “Şam işığında” konsert layihəsinin növbəti tamaşasına ev sahibliyi edib.
Crossmedia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Şam işığında retro” adlı unikal gecə yüzlərlə şamın işığı altında klassik Azərbaycan mahnılarını romantik bir atmosferdə tamaşaçılara yenidən yaşadıb.
Böyük maraq və tələbat səbəbindən eyni ifalardan ibarət iki ayrı seans şəklində keçirilən konsert proqramı tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Gecə boyunca Ərəstun Quliyev, Nurlana Abdullayeva və Telman Budaqovun solo və birgə çıxışlarında “İlk dəfə görmüşəm”, “Məhəbbət çırağı”, “Nazəndə sevgilim” kimi sevimli retro nəğmələr ifaçıların səsi ilə yenidən həyat tapıb. Konsert axşamı hər üç ifaçının birgə səsləndirdiyi “Qaytar eşqimi” mahnısı ilə tamamlanıb.
Layihənin Naxçıvan üzrə icraçı direktoru Vəli Babayevdir. Konsertdə milli musiqi irsi müasir və romantik bir formatda geniş tamaşaçı kütləsinə çatdırılıb.(AZƏRTAC)
22:05 30.05.2026
Oxunuş sayı: 44