Ermənistanda Paşinyana qarşı Qarabağ "kartından" istifadə olunub
Dağlıq Qarabağ(Red:artıq belə inzibati vahid yoxdur.) İnqilab Partiyasının rəhbəri Artur Osipyan "Vətəndaş Müqaviləsi" partiyasının lideri, baş nazir Nikol Paşinyana yaxınlaşaraq onu keçmiş DQ lideri Arayik Harutyunyanın(Red:Seperatçı-terrorçu) korrupsiya fəaliyyətinə kömək etməkdə günahlandırıb.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir.
Cavab olaraq Qarabağ sakinlərinin özlərinin hər şeyi talan etdiklərini iddia edib.
Daha sonra sual Bakının azərbaycanlıların Ermənistan ərazisinə qaytarılmasının zəruriliyi ilə bağlı iddialarına keçib. Paşinyan belə bir məsələnin gündəmdə olmadığını bildirib. Daha sonra kişi baş nazirin tərəfdarları tərəfindən süründürülüb, digərləri isə Osipyanın səsini boğmağa çalışaraq "Nikol, Baş nazir" qışqırmağa başlayıblar.
"Qarabağın yalançı elitası, rədd ol buradan! Sən kimsən? Artur Osipyan, get özünü divara söykə! Uşaqlarımızın yerinə sən ölməli idin! Qəsbkarlar, alçaqlar!"
18:37 18.05.2026
Oxunuş sayı: 55