Rusiya, ABŞ və Ukrayna danışıqlar masasına qayıdır?
Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında növbəti üçtərəfli danışıqların yaxın iki həftə ərzində Əbu-Dabidə və ya İsveçrədə keçirilməsi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə amerikalı rəsmi şəxsə istinadən məlumat yayıbBildirilib ki, görüşün dəqiq tarixi və keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib.
Amerikalı rəsmiyə görə, danışıqların əsas məqsədi üç ölkənin liderləri səviyyəsində mümkün görüşə hazırlıq görməkdir.
Daha əvvəl Kreml Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin noyabrın birinci yarısında Əbu-Dabidə görüşməsinin planlaşdırıldığını açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski də noyabrın ilk yarısında texniki səviyyədə üçtərəfli danışıqların keçirilməsi ilə bağlı razılıq əldə olunduğunu bildirib.
Zelenski danışıqların mümkün qədər tez başlamasının tərəfdarı olduğunu qeyd edib. O, görüşün baş tutmasının böyük ölçüdə Rusiyanın mövqeyindən asılı olduğunu vurğulayıb.
15:21 24.10.2026
Oxunuş sayı: 63