Zaxarova Moldovanı hədələdi: Sərt cavab veriləcək
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovanın Rusiya diplomatını ölkədən çıxarmaq qərarına sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Zaxarova bildirib ki, Kişineunun Moskvaya qarşı atdığı addımlar cavabsız qalmayacaq.
“Kişineunun düşmənçilik xarakterli hərəkətləri Rusiyanın sərt cavabı ilə qarşılaşacaq”, – deyə o vurğulayıb.
Rusiya XİN rəsmisinin sözlərinə görə, Moldova hakimiyyətinin rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı iki ölkə arasında münasibətlərin tamamilə pozulmasına yönəlib.
Rusiya tərəfi hələlik Moldovaya qarşı hansı konkret cavab tədbirlərinin görüləcəyini açıqlamayıb.
15:23 24.10.2026
Oxunuş sayı: 54