Gərginlik artır: İran komandanlığı BƏƏ-ni açıq şəkildə hədəfə alıb
Xatəmül-Ənbiya Qərargahı sözçüsü İbrahim Zülfəqari bəyan edib ki, Birləşmiş Ərəb Əmirliklərinin İrana qarşı son addımları ölkənin regiondakı ərəb dövlətləri arasında təcridini daha da gücləndirib.
Crossmedia.az xəbər verir ki, O bildirib ki, BƏƏ-nin bu siyasəti yalnız diplomatik gərginliyi artırmır, həm də gələcək mümkün münaqişələrdə ölkəni “birbaşa əməliyyat hədəfinə” çevirir.
Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı bu açıqlama regionda artan siyasi və hərbi ritorikanın fonunda diqqət çəkən sərt bəyanatlardan biri kimi qiymətləndirilir.
17:53 18.05.2026
Oxunuş sayı: 52