Rusiya rəsmisindən sərt mesaj: Avropa dəyərləri göz qabağındadır
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyannin separatçılarla bağlı səsləndirdiyi fikirlərə cavab verib.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Nikol Paşinyan bir qadına ünvanladığı sərt ifadədə “Şükür et ki, indi ən yaxın tualetdə başını sındırmayıblar” deyib.
Mariya Zaxarova bu insidenti Ermənistan daxilində son siyasi gərginliklərlə əlaqələndirib və Fransa Respublikasının Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfərlərinin “nəticəsiz olmadığını” bildirib.
O, sosial şəbəkə paylaşımında “Avropa dəyərləri göz qabağındadır. Ya da üzdə” ifadəsini də yazıb.
17:20 18.05.2026
Oxunuş sayı: 51