Bakı–Tbilisi gündəlik sərnişin qatarı fəaliyyətə başlayır
Tbilisi və Bakı arasında sərnişin dəmir yolu əlaqəsi altı illik fasilədən sonra yenidən bərpa edilir.
Crossmedia.az xəbər verir ki, məlumata görə, Gürcüstan ilə Azərbaycan arasında Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları mayın 26-dan etibarən hərəkətə başlayacaq.
Qərar Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri və iki ölkə arasında keçirilən İkitərəfli Koordinasiya Şurasının protokolunun imzalanmasından sonra qəbul edilib.
Rəsmi məlumatlara əsasən, bərpa olunan dəmir yolu xətti regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərnişin daşımalarının artırılması və turizm axınının genişləndirilməsi məqsədi daşıyır.
17:14 18.05.2026
Oxunuş sayı: 118