Körfəz alovlanır: Pakistan Səudiyyəyə gizli ordu yerləşdirib
Pakistan müdafiə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına 8 min əsgər, bir qırıcı eskadrilya və hava hücumundan müdafiə sistemi yerləşdirib.
Crossmedia.az "Reuters" ə istinadən xəbər verir ki, mənbələr yerləşdirilən kontingentin döyüşə hazır vəziyyətdə olduğunu bildirib.
Məlumata görə, qüvvələr İranla mümkün müharibə halında krallığın müdafiəsini gücləndirmək məqsədi daşıyır.
Hələ ki, Pakistanın paytaxtı İslamabad və Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
17:12 18.05.2026
Oxunuş sayı: 44