Pezeşkian: Ləyaqətlə danışıqlar aparacağıq
İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara qarşı səsləndirilən şüarları tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
İran prezidenti ölkəsinin “ləyaqətlə” dialoq aparmalı olduğunu bildirib.
Pezeşkian çıxışında qeyd edib ki, İran geri çəkilmədən danışıqlar aparmağa hazırdır.
O, həmçinin ölkədəki enerji böhranına toxunaraq bildirib ki, yüksək enerji istehlakı həm yayda, həm də qışda ciddi problemlər yarada bilər. Prezidentin sözlərinə görə, İran gündə təxminən 100 milyon litr benzin istehsal etsə də, real tələbat 150 milyon litrdir.
Pezeşkian əlavə edib ki, inflyasiya və iqtisadi problemlərin əsas səbəblərindən biri sistemli çatışmazlıqlardır.
17:56 18.05.2026
Oxunuş sayı: 41