Türkiyə Krım tatarları ilə bağlı sərt bəyanat verib
Türkiyə Rusiyanı Krımı qanunsuz ilhaq etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında 1944-cü il mayın 18-də yüz minlərlə Krım tatarının öz tarixi vətənlərindən deportasiya edildiyi xatırladılıb.
Bildirilib ki, deportasiya zamanı çox sayda insan həyatını itirib, sağ qalanlar isə uzun illər Krıma qayıda bilməyib. Ankara qeyd edib ki, Krımın “qanunsuz ilhaqından” sonra Krım tatarlarının vəziyyəti daha da ağırlaşıb.
Türkiyə həmçinin Krım tatarlarının milli kimliyinin, dilinin və mədəniyyətinin qorunmasına dəstəyini davam etdirəcəyini vurğulayıb.
Bəyanatda əlavə olaraq, çərkəzlərin Qafqazdan deportasiyasının 162-ci ildönümü də anılıb və bu hadisələr 19-cu əsrin ən böyük humanitar faciələrindən biri kimi qiymətləndirilib.
17:40 18.05.2026
Oxunuş sayı: 55